7 İyul 2020 18:58
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı məqamlara da toxundu. Dövlət başçısı bu istiqamətdə çox qətiyyətli, konkret mövqe sərgiləyən və birbaşa hədəflərə yönəlmiş fikirlər səsləndirdi. Həqiqətən də bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Hər şey fəaliyyət görüntüsü yaratmağa xidmət edir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında siyası şərhçi Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, ölkə başçısı konfliktlə bağlı Azərbaycan tərəfinin tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslan mövqeyində heç bir dəyişikliyin olmadığını bir daha diqqətə çatdırdı: "Münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini bildirdi. Dövlətimizin yürütdüyü xarici siyasət nəticəsində bizim üçün prinsipial əhəmiyyətə malik olan haqlı mövqeyimizin daha da gücləndiyini vurğuladı. Zaman-zaman BMT, onun Təhlükəsizlik Şurası, Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər nüfuzlu təşkilatlar tərəfindən də Azərbaycanın haqlı mövqeyinin dəstəkləndiyi vurğulanıb. Prezident Minsk Qrupu və həmsədrlərin fəaliyyətsizliyinin və işğalçı tərəfin münaqişənin sülh yolu ilə həlli prosesinə ciddi şəkildə xələl gətirən addımlarına mövqesizlik nümayiş etdirməsinin qəbuledilməz olduğunu söylədi. Bununla bağlı ölkə başçısı bildirdi ki, Ermənistanın cinayətkar rəhbərliyi tərəfindən münaqişənin obyektini təşkil edən Qarabağ torpaqlarını Ermənistan ərazisi hesab edən fikrin səsləndirilməsinə, heç bir dövlət tərəfindən tanınmayan qondarma "Dağlıq Qarabağ Respublikası"nda saxta seçkilərin keçirilməsinə beynəlxalq təşkilatlar sərt reaksiya vermədilər. Uzun illərdir davam edən danışıqların formatının əsassız olaraq dəyişdirilməsi cəhdlərinə, bizim işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma və tikinti işlərinin aparılmasına da konkret mövqe sərgilənməyib. Bununla da bütün danışıqlar prosesini şübhə altına alan məqamlara həmsədrlər tərəfindən lazımi münasibət göstərilmir. Əvəzində Minsk qrupunun və onun həmsədrlərinin, dövlətlərin özünümüdafiə hüququnu təsbit edən BMT-nin nizamnaməsini şübhə altına almaq cəhdləri müşahidə edilir. Münaqişənin həlli üsulu kimi hərb yolunun mümkünsüzlüyü barədə səsləndirilən fikirlərə Prezident İlham Əliyev tərəfindən ciddi etiraz bildirildi".

Siyası şərhçi bildirib ki, Prezident ATƏT-in axırıncı faktaraşdırıcı missiyasının işğal olunmuş torpaqlarda sonuncu dəfə on il əvvəl olduğunu və bununla da, əslində bu on il ərzində, işğal olunmuş ərazilərə cinayətkar rejim tərəfindən Suriya ermənilərinin gətirilərək məcburi qaydada saxlanıldıqlarını diqqətə çatdırıb:

“Ölkə başçısı həmin torpalarda bir sıra digər qanunsuzluqlara yol verildiyinə göz yumulduğunu bildirib. ATƏT-in Minsk qrupunu və onun həmsədrlərini fəaliyyətsizlikdə günahlandırdı. Dövlət başçısı vurğuladı ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir".

Siyasi şərhçi qeyd edib ki, Prezidentin vurğuladığı kimi erməni tərəfinin müxtəlif zamanlarda əsassız iddiaları, saxtakar siyasət aparan Ermənistan rəhbərliyinin saxtalaşdırılmış faktları həmişə tutarlı şəkildə cavablandırılıb: "Münhen konfransındakı məşhur debatda baş verənlərə, Qarabağın Ermənistan torpağı adlandırılması ilə bağlı qarşı tərəfin məntiqsiz fikrinə “Qarabağ Azərbaycandır!” məntiqli cavabının verilməsi və mənfur qonşularımızın növbəti dəfə gülüş obyektinə çevrildiyi diqqətə çatdırıldı. Münhen konfransından sonra işğalçı rejim bunun mahiyyətini belə dərk etmədi. Əslində indiki Ermənistanın da daxil olduğu ərazilərin rəhbəri qismində tərəf olaraq çıxış edən, Qarabağ xanı İbrahim xanın Rusiya ilə imzaladığı Kürəkçay müqaviləsinin mətnini əzbərləmələri ilə əlaqədar əhəmiyyətli məqamlara toxunuldu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər