14 İyul 2020 11:36
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki deputatı Ruhullah Həzrətpur Ermənistanın Azərbaycana qarşı təxribatçı hücumlarından danışıb.

Teleqraf.com xəbər verir ki, deputatı Ermənistanı “xarici ölkənin əlaltısı” adlandırıb və rəsmi İrəvanı bölgədə sabitliyi pozmaqda ittiham edib.

“Ermənistan axmaqlıqlarına davam etməzdən qabaq, region ölkələri və millətlərinin eyni din və dili daşıdıqları Azərbaycan xalqının yanında olduqlarını anlasa, daha yaxşı olar”, - Ruhullah Həzrətpur bildirib.

O, həmçinin Ermənistan rejimini yağı və işğalçı adlandıraraq, Dağlıq Qarabağın ermənilərin işğalında qalmayacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər