Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll prosesində həmsədr ölkələrin dəyişdirilməsi tələbini də ortaya qoymalıdır. Bu illər ərzində sözügedən qurumun Azərbaycana heç bir faydası olmayıb və olmayacaq.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan-Azərbaycan sərhədlərində baş verən son olaylar haqda nə fikirləşirsiniz - niyə işğalçı təxribata əl atmaq üçün bu məqamı seçdi?
- Bu, ermənilərin xislətidir. Uzun illərdir müharibə şəraitindəyik, torpaqlarımızın müəyyən qismi erməni işğalı altındadır. Erməni məsələsi və işğal problemi həll olunmayana qədər Azərbaycan bu cür eskalasiyalara və təxribatlara məruz qalacaq. Hazırda daxili siyasətdə Paşinyanın vəziyyəti olduqca pisdir, çevriliş təhlükəsi yaşayır. Eyni zamanda, onun özünün hakimiyyətdən devirdiyi Sərkisyan və müharibə partiyasının digər üzvləri ona qarşı revanş başladıblar. O, əsasən bu səbəbdən Azərbaycan sərhədlərində gərginlik yaratdı, daxildəki siyasi gərginliyi milli gərginlik müstəvisinə yönəltdi. Əsas səbəblərdən biri kimi bunu görürəm.
Dediyim kimi, mühribə vəziyyəti və işğal davam edir, bu, hər zaman ola bilər. Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə, ermənilərin burunlarını ciddi şəkildə ovmayınca bu proseslər zaman-zaman təkrarlanacaq. Bu vəziyyət davam edikcə, həmişə təhdid altında olacağıq.
- Döyüşləri davam etdirməliyikmi?
- Əlbəttə! Tovuz istiqamətindəki son proseslər ermənilərin təxribatı nəticəsində baş verir. İtkilərimiz var, bir əsgər belə böyük, əvəzi olmayan itkidir. Bu proses uzun illərdir davam edir, Azərbaycan buna qarşılıq verməlidir. Nəinki dövlət sərhədlərində, eyni zamanda işğal olunmuş ərazilər – Dağlıq Qarabağ istiqamətində atəş açmalıyıq, erməninin başına mərmi yağdırmalıyıq. Biz hücuma keçib öz torpaqlarımızı təmizləməliyik. Azərbaycan ordusunun bunun üçün bütün imkanları var. Ordumuz həm sayca, həm də texniki baxımdan ermənilərdən çox-çox irəlidədir. Hesab edirəm ki, bu məqamdan istifadə edib ermənilərin dərsini verməliyik. İğal altındakı torpaqlarımızda əməliyyatlara başlamalyıq. Tovuzun cavabını Qarabağda verməliyik. Bunun cavabı oradadır.
- Əsas müzakirə mövzularından biri Rusiyanın baş verənlərə yönəlik mövqeyidir. Əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova sosial şəbəkədə ironiyalı paylaşım etdi, ardınca həmin qurumun rəhbəri Sergey Lavrov tərəflərdən dərhal atəşi dayandırmağı tələb etdi...
- Rusiya hər zaman Ermənistanın yanında olub, özümüzü aldatmamalıyıq. Ermənistan onun forpostudur, özlərinin ifadə etdiyi kimi, strateji müttəfiqidir. Bu xətti dəyişməyincə, Rusiyadan fayda gözləyə bilmərik. Lavrovun özü yarı erməni olan nazirdir - əlli faizi ermənidir. Yəni ona necə güvənə, etibar edə, hakimliyinə inana bilərik? Əgər o, “dayandır” deyirsə, bunu öz soydaşlarına deməlidir. Çünki bu müharibəni başladan ermənilərdir – Lavrovun soydaşlarıdır. Tovuz Ermənistanla sərhəddə yerləşən bir bölgədir, ermənilərin işğalı altında olan Dağlıq Qarabağa və digər ərazilərə aid deyil. Bu dəfə də atəşkəsi ermənilər pozub. Bu baxımdan, Rusiyanın mövqeyi ikiüzlüdür və ikili standartlara söykənir.
- Bəs Minsk qrupunun həmsədrləri niyə susurlar?
- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll prosesində həmsədr ölkələrin dəyişdirilməsi tələbini də ortaya qoymalıdır. Bu illər ərzində sözügedən qurumun Azərbaycana heç bir faydası olmayıb və olmayacaq.
- İnsanlara tövsiyələriniz nələrdir?
- Bu prosesdə Əli Kərimli başda olmaqla, içimizdəki ermənilər təxribatla məşğuldurlar. 2016-cı ilin Aprel döyüşlərində də ermənilər onların sosial şəbəkələrdəki paylaşımlarına manşetlərdə yer verirdilər. Onlara qarşı da mübarizə, hətta müharibə aparmaq lazımdır. Əli Kərimli və Rəhim Qazıyevin qollarını qandallayıb, vətənə xəyanətdə ittiham edib içəri salmaq lazımdır. Döyüş müddətində ölkəyə böyük zərər vurur, gəncləri yoldan çıxarırlar, əhali arasında təşviş və çaşqınlıq yaradırlar, ordunun və dövlətin siyasətinin gücünə şübhələr yaradırlar. Onlar düşməndir, hesab edirəm ki, içimizdəki bu ermənilər ciddi şəkildə cəzalandırılmaldır.
İnsanlarımız təmkinli olmalıdır, təşvişə yol vermək olmaz. Düşünmək lazımdır ki, bu gün sosial şəbəkədə paylaşılan hansısa yanlış fikir və məlumat bölgədə və döyüş zonasındakı insanlarımızın narahatlığına səbəb olur. Mənim kəndim döyüş bölgəsindədir, hazırda oranı da vururlar. Mən o insanların narahatlığını bilirəm və görürəm. Ona görə deyirəm ki, sosial şəbəkələrdə yayımlanan əsassız məlumatlar onların davranışlarına mənfi təsir göstərir. Baş verənlərə həssas yanaşmaq lazımdır. İnsanlarımızın özləri də sosial şəbəkələrdə təxribat törədənlərə cavab verməlidir.