16 İyul 2020 18:58
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Azərbaycan-Ermənistan sərhədində sabitliyin tərəfdarıdır."

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Rusiyanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyir ki, vəziyyətin daha da gərginləşməsinin qarşısı alınsın və vəziyyət sabitləşsin”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

O qeyd edib ki, əgər nazirlərin görüşü barədə bir məlumat olsa, mətbuata bu barədə açıqlama veriləcək.


Müəllif: Mənbə/Report