18 İyul 2020 11:54
6 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk şəhərində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Baş naziri Mixail Mişustin arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, Lukaşenko görüş zamanı Belarus-Rusiya münasibətlərini yalnız bərabərhüquqlu əsasda qurmağı təklif edib.

Dövlət başçısı bildirib ki, Belarus tərəfi Rusiya ilə mövcud sazişlərin və razılaşmaların icrasında israr edir: “Biz müttəfiqlik münasibətlərimizi yalnız bərabər əsasda qurmalıyıq”.

Ölkə rəhbəri bərabər əsasda qurulmayan birliklərin uzun sürmədiyinə diqqət çəkib. O, zamanın dəyişdiyi fikrini vurğulayıb və deyib ki, bu gün orta əsrlərdə olduğu kimi hansısa ölkəni ələ keçirmək və onu 100-150 il boyunca özünə tabe etmək mümkün deyil.

Aleksandr Lukaşenko qeyd edib ki, Rusiya Federasiyasına öz torpaqları kifayət edir: “Ancaq kimsə ölkəmizdən kənarda bu kimi şeylər və anlayışlar barədə düşünürsə, fikirləşirəm ki, bu yanaşmanın ömrü uzun olmayacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər