21 İyul 2020 00:08
4 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tovuz Azərbaycanın Gürcüstan üzərindən Türkiyə əlaqə qurduğu strateji bir bölgədir. Gürcüstan üzərindən uzanan quru yolu və strateji əhəmiyyətli enerji xətləri də buradan keçir”.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycana qarşı təxribatları haqda danışan Türkiyənin təhlükəsizloik eksperti Abdullah Ağar belə deyib.

Ekspert Tovuzda baş verənlərin Türkiyə ilə əlaqəsinə də diqqət çəkib:

“Türkiyə FETÖ ilə mübarizə apardığı kimi Prezident İlham Əliyev də Azərbaycan daxilindəki anti-milli ünsürlərə qarşı mübarizə aparır, dövlət stratukturlarını onlardan təmizləyir. Onun bu islahatları da görünür, kimlərisə narahat edir”.

Ağar ATƏT-in Minsk qrupu həmsədrlərinin – Fransa, Rusiya və ABŞ-ın işğalçı Ermənistanı Azərbaycana qarşı qızışdırdıqlarını bildirib: “Eyni zamanda, hər üç ölkə Suriya, İraq və Liviyada Türkiyəyə qarşı savaşır. Burada məğlubiyyətə uğrayan Fransa kimi ölkələr orada erməniləri asanlıqla Azərbaycana qarşı qızışdırırlar”.

Ekspert hesab edir ki, Ayasofyanın məscidə çevrilməsi son proseslərdə oynayan faktor ola bilər: “Çünki Ayasofya ona qarşı iddia irəli sürən ermənilər üçün də simvolik bir məbəddir. Daha dəqiq desək, daha böyük bir iardə Ayasofya üzərindən Ermənistanı Türkiyə və Azərbaycana qarı qızışdıra bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər