21 İyul 2020 17:50
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib.

Bu barədə məlumatı Rusiya XİN yayıb.

“Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müşahidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub”, - məlumatda bildirilib. /Report/


Müəllif: Teleqraf.com