23 İyul 2020 21:37
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova rəsmi məktubla müraciət edib.

Teleqraf.com xəbər verir ki, hüquqşünas ötən gün ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılara qarşı törədilən zorakılıq hallarına etiraz olaraq ABŞ-ın Bakıdakı səfirliyi qarşısında piket keçirmək üçün icazə verilməsini istəyib.

Müraciətdə qeyd edilib ki, piketin 27 iyul 2020-ci il tarixdə saat 15.00-da ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aksiyanın tələbi Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı vandal aktları və hücumları nəticəsində yaralanan azərbaycanlıların hüquqlarının qorunması və cinayətkarların cəzalandırılmasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər