24 İyul 2020 10:28
3 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlər çox təhlükəli mərhələyə keçir və düzəldilməsi mümkün olmayan nəticələr verə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.

Onun sözlərinə görə, “Böyük Ermənistan” ideoloqları və bu ideyadan bəhrələnənlər Rusiya ilə münasibətləri ərazi münaqişəsi müstəvisindən milli münaqişə müstəvisinə keçirmək üçün hər şeyi edirlər:

“Son günlər aparılan təbliğat və Amerikada, Avropada, Rusiyada baş verənlər bu keçidin reallaşması üçün edilir. Problemin milli münaqişə müstəvisinə keçməsi Azərbaycanın milli maraqlarına uyğun deyil.

Birincisi, milli münaqişələrin həlli ərazi münaqişələrindən daha ağrılı və uzunmüddətli prosesdir.

İkincisi, vaxtın uzanması Azərbaycanın milli maraqlarına uyğun deyil. Bu, ermənilərdə özünəinam, azərbaycanlılarda isə düşkünlük yaradır.

Üçüncüsü, Dağlıq Qarabağda etnik təmizləmə aparılması mümkün deyil. Bu o deməkdir ki, biz, Dağlıq Qarabağda ermənilərin mövcudluğunu qəbul etməli və problemin həllinə yanaşı yaşayış prizmasından yanaşmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər