“Ermənilərin Avropa və ABŞ şəhərlərində törətdiyi vəhşilikləri artıq timsah göz yaşları ilə pərdələmək mümkün olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi təhlilçi Zaur İbrahimov deyib.
Onun sözlərinə görə, tələyə düşməmək üçün indi diplomatlar, KİV, jurnalistlər, ziyalılar, ictimai rəy liderləri, QHT-lər və hüquqşünaslara meydan verməliyik:
“Bu dəfə ermənilərin əsəbləri dözmədi və çox böyük səhv etdilər. Son illər bəlkə də ilk dəfədir ki, dünya erməniliyinə qarşı əsaslı, strateji düşünülmüş informasiya, diplomatik və sosiol-mədəni müstəvidə hücüm təşkil edilməsi və zərbə vurulmasına belə münbit şərait yaranıb. Ermənilər hər zaman yazıq, qurban, müsəlman ölkələrinin əhatəsində qalaraq əzilən xalq kimi özlərini təqdim edirdilər. Bu, onların əsas ideoloji platformasıydı və təcavüzü, işğal addımlarını özünüqoruma instinkti ilə izah etməyə çalışırdılar. Açığı, buna xeyli dərəcədə müvəffəq də olmuşdular. Amma Avropa və ABŞ şəhərlərində edilən vəhşilikləri artıq timsah göz yaşları ilə pərdələmək mümkün olmayacaq.
İndi vəziyyəti dəyişmək, ermənilərin gerçək simasını dünyaya göstərmək imkanları yaranıb. İndi əsas vəzifə soyuqqanlılığı və sayıqlığı itirməmək, düşmənə bu vəziyyətdən çıxması üçün ipucu verməməkdir. Ermənilər təxribat ustasıdırlar və biz, tələyə düşməmək üçün indi diplomatlar, KİV, jurnalistlər, ziaylılar, ictimai rəy liderləri və hüquqşünaslara meydan verməliyik. İndiki vəziyyətdə yumruqları düyünləyərək, daha çox hayqırmağa, car çəkməyə, ifşa etməyə çalışmalıyıq, yumruğumuz sözümüzün, niyyətimizin nə qədər ciddi olduğunu göstərməlidir. Amma yumruğu yönəltməzdən əvvəl hamıya səbəbini yaxşıca izah etməyə çalışmalıyıq. Söz deməyə imkan olmayanda isə daha çox erməni başı əzməyə cəhd etməliyik”.