“ABŞ-da və Avropada erməni vəhşilikləri bizə Qarabağ münaqişəsində yeni dönəmə qədəm qoymaq imkanı verir. Onların buraxdığı səhvlər, etdikləri vəhşilik dünyada yeni bir kampaniya başlamağa əsas yaradıb”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ReAL partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Natiq Cəfərlinin sözlərinə görə, ermənilərin son 100 ildə Türkiyəyə, son 30 ildə isə Azərbaycana qarşı apardıqları bütün piarını boşa çıxartmaq, suya salmaq olar:
“Onların hərəkətləri bir daha sübut edir ki, davranışlarının əsasını həmişə “etnik faşizm” təşkil edir, onların Qarabağda davası “millətlərin öz müqəddəratını təyin etmək” kimi bir hüquqa, prinsipə əsaslanmır.
Onların xəstə “ideoloji” bazasını türklərə və başqa millətlərə nifrət təşkil edir. Ermənilər son günlər məhz bunu büruzə verdilər, biz bundan yapışıb, hüquqi, siyasi, media üzərindən mücadilə etməliyik və bununlada ciddi üstünlük qazanmış olacağıq.
Ermənilər anladılar ki, ABŞ-da və Avropada böyük qələt ediblər, dünya münaqişəyə tamam başqa səmtdən baxa bilər və bu baxış bucağında onlar uduzacaqlar. Ona görə məhz ermənilərin marağındadır ki, indi əsasən Rusiyada və digər MDB ölkələrində bizi provokasiyaya çəkib münaqişəni yenə öz PR çərçivəsinə qaytarsınlar, azərbaycanlılarla birgə yaşamağın mümkünsüzlüyü nağılına qayıtsınlar. Məhz bu nağıl onlara siyasi üstünlük verir, indi biz bu nağılı darmadağın edə bilərik”.
Natiq Cəfərli xarici ölkələrdə yaşayan soydaşlarımıza çağırış edib: “Əsasən Rusiyada yaşayan soydaşlarımıza üz tuturam: lütfən, rica edirəm, bu oyuna gəlməyin, hadisələri ermənilərin istədiyi səmtə qayıtmasına imkan verməyin, təxribatlardan uzaq olun! “Haylar” böyük qələt ediblər – bundan istifadə edək, məsələləri hüquqi, siyasi, mediatik müstəviyə daşıyaq. Küçələrə qalsa, onlar ciddi təxribatlar edəcəklər, bizimkilər onları döysə, çırpsa bundan məmnun qalacaqlar – zatən mazoxist toplumdur, həmişə ağrıdan, yalançı faciələrdən, əzilmiş görkəmdən, adlarına uyğun boş yerə “hay” salmaqdan qidalanıblar. Bu onların daimi və yaxşı bildikləri artistlikdir – biz onlara bu imkanı verməməli, öz cildlərinə dönməyə kömək etməməliyik.
Bu vəhşiliklər dünyanın ictimai rəyində bizə tarixi üstünlük qazanmağa imkan verir. Bu fürsəti doğru dəyərləndirək, küçədə adam döymək bizə yaraşan iş deyil və bizim haqlı mücadiləmizdə əngəl yaradacaq amil ola bilər. Bizim haqlı davamız torpaqlarımızın işğaldan qurtarmaq üçündür, buna köklənməliyik, küçə savaş və təxribatlarından uzaq olmalıyıq. Zatən çox zaman həmin təxribatların arxasından Rusiyanın “qulaqları” aydın görünür”.