28 İyul 2020 13:44
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbasda növbəti dəfə atəşkəs elan olundu. Amma bu, problemin həlli mənasını vermir. Atəşkəsin əldə edilməsini müsbət qiymətləndirməklə bərabər düşünürəm ki, problemin həllinə böyük ehtiyac var.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Normand formatı çərçivəsində Ukrayna və Rusiya arasında əldə olunan atəşkəs rejimi haqda danışarkən deyib.

Asim Mollazadə əlavə edib ki, Donbas münaqişəsi ilə bağlı növbəti Minsk Qrupu yaradılıb:

“Biz öz təcrübəmizdən bilirik ki, Minsk Qrupu əslində soyuducu missiyası daşıyır. Yəni problemin həlli ilə deyil, onu dondurmaqla məşğul olur. Buna bənzər Minsk Qrupu Ukraynanın ərazi bütövlüyü istiamətində üzləşdiyi problemlə əlaqədar da yaradılıb. Başqa sözlə, problemi həll edə bilməyənlər onu dondurub mövcud vəziyyətdə saxlamaqla məşğuldur. Təəssüflər olsun ki, beynəlxalq hüquq normaları işləməyəndə hər zaman hərbi canlanmanın yaranmasını və atəşkəsin yenidən pozulmasını gözləmək olar”.


Müəllif: Cavad

Oxşar xəbərlər