30 İyul 2020 14:33
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bundan əvvəl regionda Rusiya və Ermənistan ordusunun birgə hərbi təlimləri keçirilib. Azərbaycan və Türkiyə ordusunun təlimləri bundan sonraya təsadüf edib. Hesab edirəm ki, bu vaxtında keçirilən təlimlərdir və əhəmiyyətlidir.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, indiki halda belə təlim keçirilməsi həm də bir mesaj məqsədi güdür:

“Bəli, bu təlimlər həm də mesajdır. Mesajdır ki, Azərbaycan bu regionda tək deyil, onun müttəfiqi, dostu var. Heç kim regiona soxula bilməz. Hesab edirəm ki, keçirilən təlimlər həm də bu mesajı verir”.


Müəllif: Cavad

Oxşar xəbərlər