Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən mənə zəng edib qarşıdan gələn Qurbam Bayramı münasibəti ilə təbriklərini çatdırıblar.
Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.
Partiya sədri bildirib ki, onunla Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri Səbinə Salmanova əlaqə saxlayıb: “Sektor müdiri Prezident İlham Əliyev və şöbə müdiri Ədalət Vəliyevin adından bizi təbrik etdi. Biz də xahiş etdik ki, qarşılıqlı təbrikimizi dövlət başçısına və şöbə müdiri Ədalət Vəliyevə çatdırsın. Qarşıdan Qurban Bayramı gəlir və bu münasibətlə xalqımızı təbrik edirəm”.
B.Quliyev əlavə edib ki, hakimiyyət və siyasi partiyalar arasında bu kimi sivil münasibətlərin, qarşılıqlı təbriklərin, habelə dialoq mühitinin alternativi yoxdur.