Milli Məclisin işçi qrupları erməni təxribatı ilə bağlı xarici ölkələrə müraciətlər göndərib
Azərbaycanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla əlaqədar xarici ölkələrin qanunverici orqanlarına müraciət ünvanlayıblar.
Bu barədə Teleqraf.com-a Milli Məclisdən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisində 82 Parlamentlərarası əlaqələr üzrə işçi qrupu var.