31 İyul 2020 16:33
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı ilin 13 yanvarında Bakıda baş verənlər sonrakı proseslərin qismən sürətlənməsinə təkan oldu. 20 Yanvar hadisələrində isə radikal düşüncənin prosesləri proqnozlaşdıra bilməməsi daha çox rol oynadı. Başqa sözlə, Xalq Cəbhəsinin radikal qanadı proqnozlaşdıra bilmədi ki, hadisələr hansı nəticəyə gətirib çıxara bilər.

Bu sözləri Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa 13 yanvar erməni talanlarının sonradan 20 Yanvar qırğınına səbəb olması haqda sərsəm iddiaları şərh edərkən deyib.

Fazil Mustafa qeyd edib ki, yanvarın 13-də Bakıda baş verənləri SSRİ KQB-si təşkil etmişdi, bunun qarşısını almaq isə müşkül idi. Onun sözlərinə görə, SSRİ xüsusi xidmət orqanları daxildə 2-3 təxribatçını bu işə qoşaraq istədiyini etdi:

“Nəzərə almaq lazımdır ki, xalq hərəkatının iştirakçıları hadisələrin bu cür inkişafında maraqlı deyildi. Bakıda erməni evlərinə basqınları planlı şəkildə təşkil və icra edirdilər. Xalq hərəkatının liderləri bunun hansı nəticələr doğura biləcəyini ehtimal edirdi. İndiki halda 20 Yanvar qırğınını 13 yanvar hadisələri ilə əlaqələndirmək doğru deyil.

Çünki 13 yanvar talanını məqədli etmişdilər ki, sonra iddia olunsun: əgər 13 yanvarda ermənilərə hücum çəkilməsydi, 20 Yanvar da olmayacaqdı. Bu, məqsədli əməliyyat idi. Hadisələri önlənmək bir halda olardı. Xalq hərəkatındakı radikal qanad yerli hakimiyyətlə uzlaşmaya gedərək vəziyyətin bu qədər gərginləşməsinə yol verməzdi”.

Fazil Mustafa qeyd edib ki, Sevinc Osmanqızının “13 yanvar erməni "poqrom"u olmasaydı, 20 Yanvar da olmazdı” yanaşması məqsədlidir: “Onun məqsədi budur ki, daha çox erməni talanlarını dilə gətirməklə özünün fikirlərinə bəraət qazandırsın. Bu misalı da təsadüfən gətirmir.

Bakıda erməni talanları haqqında nələrsə deyilə bilər, amma hər kəs bilir ki, burada yüzlərlə erməniyə yardım edilmişdi. Dediyim kimi talanları SSRİ xüsusi xidmət orqanları təşkil etmişdi, bunun azərbaycanlılara heç bir aidiyyatı yox idi. Sevinc Osmanqızı sadəcə məqsədli şəkildə göstərməyə çalışır ki, Bakıda azərbaycanlılar erməni evlərinə hücum ediblər.

Hərçənd ermənilərin çoxu xilas edilib, qorunub, ölkədən çıxarılıb. Əsl azərbaycanlılar belə hərəkət edirdi, çünki proseslərin nəticəsini görürdü. Xüsusi xidmət orqanlarının əməkdaşları əgər yuxarıdan göstərilən təlimatla bunu reallaşdırırsa, xalqın nə günahı var?

Sumqayıtda da buna bənzər olaylar oldu. Orada əsas təşkilatçı Qriqoriyan və digərləri xüsusi xidmət orqanlarına bağlı idi. Belə hadisələrdə xalqı və yaxud onun hansısa bir hissəsini günahlandırmaq məqsədlidir və heç bir əsası yoxdur”.


Müəllif: Cavad