31 İyul 2020 17:12
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı ölkənin hazırkı baş naziri müxtəlif bəyanatlarla çıxış edir. Hər kəs bəllidir o, bütün danışıqlar formatını, beynəlxalq norma və prinsipləri pozaraq “Qarabağ Ermənistanındır” kimi sərsəm bəyanatlar verib. Bu isə indiyə qədər aparılmış danışıqların prinsipinə və Minsk Qrupunun müəyyənləşdirmiş olduğu normalara ziddir. Çünki dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O, qeyd edib ki, işğalçı ölkə baş nazirinin 7 şərtlə ölkəmizə qarşı çıxış etməsi tamamilə absurd məcələdir: “Azərbaycan heç bir vaxt separatçı rejimlə danışıqlar aparmayıb və aparmayacaq. Çünki Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib. Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlayıb və torpaqlarımızın 20 faizi hələ də işğaldadır”.

Deputat vurğulayıb ki, Ermənistanın yeganə yolu işğal edilmiş Azərbaycan torpaqlarından silahlı birləşmələrini geri çəkməkdir: “Əks halda Azərbaycan müharibə yolu ilə işğal edilmiş ərazilərini azad edəcək və ərazi bütövlüyünü təmin edəcək.

Ermənistanda kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq Qarabağ kartından maksimim dərəcədə istifadə etməyə çalışır və Azərbaycana qarşı iddialar irəli sürür. Bütün bunlara baxmayaraq erməni xalqı bilməlidir ki, onlar inkişaf, sülh istəyirlərsə, ilk növbədə torpaqlarımzı işğaldan azad etməlidirlər. Çünki işğal bitməyincə heç bir sülhdən və birgə yaşayışdan danışmaq mümkün deyil”.

Ceyhun Məmmədov Ermənistanın müstəqil qərar vermək imkanlarının da məhdud olduğunu, hansısa təşkilatların iradəsindən kənara çıxa bilmədiklərini də vurğulayıb.

Millət vəkili bildirib ki, bölgədə sülhün və təhlükəsizliyin təminatı Dağlıq Qarabağın işğaldan azad edilməsindən asılıdır: “İşğal faktı davam etdikcə Ermənistan daha da təcrid duruma düşəcək və heç bir beynəlxalq qurum onu bu vəziyyətdən çıxara bilməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər