1 Avqust 2020 10:38
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistan Tovuz istiqamətində təxribat törədərək dinc insanları, yaşayış məntəqələrini hədəfə aldı. Onların məqsədi sərhədyanı ərazilərimizdəki insanları qorxu içində saxlamaq idi. Amma Azərbaycan Ordusunun tutarlı cavabından sonra ağır itki verən düşmən geri çəkilməyə məcbur oldu. Bu məğlubiyyətlə barışmaq istəməyən Ermənistan rəhbərləri əsas niyyətlərini də bəlli etdilər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, işğalçı Ermənistan Tovuzadkı təxribatlar vasitəsi ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavisəsi Təşkilatından kömək almaq məqsədi güdürdü. Məhz bu məqsədlə həmin təşkilata üz tutan erməni baş nazir istəyinə nail olmadıqda növbəti çirkin niyyətini ortaya qoydu: “Sərhəddəki təxribatları xarici ölkələrdəki diaspor və lobbi təşkilatları vasitəsi ilə həyata keçirməyə başladı. Vandalizm və terror siyasətini özlərinə amal bilən erməni lobbi təşkilatları Avropa və Amerikada soydaşlarımıza qarşı zorakı vasitələrdən istifadə etməyə başladılar.

Bütün bunlara baxmayaraq öz mövqeyini gücləndirmiş Azərbaycan diplomatiyası və diasporu ermənilərin təxribatının qarşısını qətiyyətlə aldı. Sərhəddəki məğlubiyyətdən sonra düşmən növbəti məyusluğunu yaşamağa məcbur oldu”.

Deputat bilirib ki, işğalçı Ermənistan daima ianələrlə yaşamış bir dövlətdir.

Naqif Həmzəyev ermənilərin xarici ölkələrdə qurmuş olduqları diaspor və lobbi təşkilatları, eyni zamanda “Soros” fondunun Ermənsitana böyük ianələr göndərildiyini də diqqətə çatdırıb:

“Bundan fərqli olaraq Azərbaycan öz gəlirləri və gücü hesabına daxili problemlərini həll edə bilir. Azərbaycan vətəndaşlarının sosial qayğılarını ən yüksək səviyyədə həll etməklə yanaşı regional layihələrdə də aparıcı mövqeyə sahibdir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihə həyata keçirilmir. Bütün tranzit, enerji xəttləri Azərbaycanla bağlıdır”.

Millət vəkili Azərbaycan hücum diplomatiyası həyata keçirməklə işğalçı Ermənistanı bütün regional layihələrdən tam təcrid etdiyini bildirib: "Ermənilər bütün bu olanlardan nəticə çıxarıb konstruktiv danışıqlara qayıtmalı və Azərbaycan torpaqlarıni azad etməlidirlər".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər