4 Avqust 2020 23:38
2 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir.

“Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.

Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi e-xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət” portalı tətbiq edilir.

Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılıb.

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin araşdırmasına görə, “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə birgə işlər görülür və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirilir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, həmçinin “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.

“Elektron hökumət”in əsas fəaliyyət prinsipləri:

● Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə riayət edilməsi;

● İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;

● İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;

● Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.

“Elektron hökumət”in əhəmiyyəti:

● Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;

●Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

●İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;

● Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;

● İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;

● İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.

“Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

“Elektron hökumət”in əsas üstünlükləri

1. Hökumət üçün

Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması

Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması

Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması

Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması

2. Vətəndaşlar üçün

Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi

Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi

İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq

Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi

3. Biznes sektoru üçün

Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrin qurulması, xərclərin azaldılması

İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması

1. Azərbaycan Respublikasında elektron hökümət xidmətlərinin mövcud durumunun qiymətləndirilməsi və inkişaf istiqamətləri Bəriyyət, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafının təsiri altındadır. nformasiya texnologiyaları günümüzd təkilatlatların strukturuna, işçilərin sayına, işləm prinsipinə , performansına və dəyişməsinə təsir edən ən əsas amillərdən biridir.

20-ci srin axırlarında ölkələrin iqtisadi və təkilati strukturlarının islahata cəlb edilməsi nəticəsind dövlət idarə etməsi effektiv, şəffaf, məhsuldar və vətəndaş mərkəzli olmağa yönəlmişdir, bu da öz növbəsind təbii olaraq dövlət quruculuğunda dəyişikliklərə səbəb olmuş, dövlətlər klassik bürokratik strukturlarından ayrılaraq məliyyatların daha sürətli, daha asan, daha az vaxta və daha az xərclə aparıldığı yeni bir quruluşa, idarəetmə sistemin doğru istiqamət almışdır. Bu idarəetmə sistemi elektron hökumətdir.

Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə məxsus dövlət idarəçiliyidir. O, informasiya telekommunikasiya texnologiyalarının (İKT) dəyərlərin və vətəndaş cəmiyyətlərinin istək və tələblərinə əsaslanır. Vətəndaşların istəklərinə, iqtisadi dəyərlərə, vətəndaş nəzarəti üçün açıq olması və dəyişikliklərə yönəlik olması ilə xarakterizə olunur.

Dünyanın müxtəlif ölkələrində və ilk öncə ABŞ v Böyük Britaniyada e-hökumət ümumilikdə dövlətin fəaliyyətinin keyfiyyətinin artırılmasına istiqamətlənmiş bir konseptual sənəd kimi baxılır. Başqa cür desək, e-hökumətin əsas mahiyyəti odur ki, müxtəlif səviyyəli dövlət qurumları müasir informasiya texnologiyalarında istifadə edərək vətəndaşlara şəffaf, qərəzsiz informasiya və xidmətlər təklif edir.

E-hökumətin təklif etdiyi xidmətlərin istehlakçıları insan cəmiyyəti, qeyri-hökümət təkilatları və ya dövlət qurumları ola bilər. Xüsusi vəziyyətdə, qərbin təcrübəsində e-hökumət üç əsas hissədən ibarətdir:

G2G hökumət hökumət (government to government);

G2B-hökumət biznes (government to business);

G2C hökumət vətəndaşlara (government to citizens) və özündə bir çox tətbiq elementləri göstərir, məsələn, insanların dövlət informasiyasını əldəetmə azadlığı, dövlət təkilatlarının kağızsız dövriyyəyə keçməsi, dövlət məmurlarının autentifikasiyası üçün plastik kartların tətbiqi, kommunal xərclərin ödənməsi v s.

E- hökumət - informasiya texnologiyalarından və əsasən də internet xidmətlərindən istifadə etməklə, hökumət tərəfindən təqdim olunan xidmət və məlumatların vətəndaşlar, sahibkarlar, dövlət qurumları və digər ictimai qurumlara ötürülməsini özündə cəmlədirir. Elektron hökumətd texnologiyalardan geniş şəkild istifadə edilməsi hökumətin təklif etdiyi xidmətlərin vətəndaşlara operativ və şəffaf çatdırılması, biznes və sənaye sektorunda yaradılmış əlaqələrin geniş şəkildə inkişaf etdirilməsi, vətəndaşların informasiyaya çıxışının təmin edilməsi ilə bağlı hüquq və imtiyazların genişləndirilməsi və daha operativ, şəffaf və məsuliyyətli idarəetməyə xidmət göstərir. Bunun nəticəsində, korrupsiya vəziyyətlərinin qarşısının alınması, şəffaflığın artırılması, sərf olunacaq zamanın və maddiyyatın gözə çarpacaq dərəcədə azalması müşahidə olunmaqdadır.

Ölkəmizdə "elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Elektron hökumətin 3 əsas faktorunu göstərmk olar: hökumət, vətəndaş və sahibkar (biznes qurumları). Ötən əsrin sonlarından etibarən bəşər cəmiyyətində İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) geniş şəkildə inkişaf etməyə başlaması təbii olaraq Azərbaycanda da bu sferada ciddi işlərin görülməsinə təkan verib. Yaxın tariximizə nəzər salsaq gör əik ki, Azərbaycan bir çox sektorlarda olduğu kimi, bu sektorda da müstəqil və şəffaf bir siyasət apararaq uğur qazana bilib.

Azərbaycanın elektron hökumət sektorunda inkişaf tempi beynəlxalq hesabatlarda Azərbaycana qarşı müsbət rəy yaratmışdır. Azərbaycan Respublikası BMT-nin “elektron hökumət” son hesabatlarında 2010-cu ild 96-cı sıradan 2014-cü ildə 68-ci sıraya yüksəlmşi və nəticədə son hesabatda 28 pillə irəliləmişdir.

Və sonda

Təklif olunur ki, elektron hökumət portalı oflayn rejimdə də işlək vəziyyətdə olsun. Ölkədə olan bütün oflayn xidmətlərin elektron reyestri, siyahısının hazırlanması ilə bağlı Prezidentin fərmanı var. Fərmandan irəli gələn addımların atılması üçün

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, www.e-gov.az portalı fəaliyyətini daha da sürətləndirməlidir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi lə Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin həyata keçirdiyi “Elektron xidmətlərlə bağlı əhalinin maarifləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər