5 Avqust 2020 12:33
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan pandemiyanın təsirlərini minimallaşdırmağa çevik reaksiya verən ölkələrdəndir. Pandemiyanın təsirlərinin minimumlaşdırılması, eyni zamanda sahibkarların dəstəklənməsi siyasəti növbəti aylarda da davam etdiriləcək. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət vətəndaşların sağlamlığına yan təsirlərin azaldılmasını hədəfləyib. Digər tərəfdən isə bu siyasət bütövlükdə sahibkarların dəstəklənməsi, pandemiyanın iqtisadi təsirlərinin minumumlaşdırlmasına ünvanlanıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

O qeyd edib ki, mövcud siyasətin əsas prioritet istiqamətləri vətəndaşlarımızın sağlamlığının qorunması, sosial təminatının gücləndirilməsindən ibarətdir.

İqtisadçı deputat bu konteksdən iqtisadi aktivliyin mərhələli şəkildə bərpa edilməsi, sahibkarların dəstəklənməsi istiqamətində addımlar atıldığını da vurğulayıb:

“Parlamentə təqdim edilmiş yeni büdcə layihəsində iki yeni maddə var. Onlardan biri dövlətin şirkətlərə maliyyə dəstəyidir. Bu istiqamətdə 136 milyon 600 min manat vəsaitin ayrılması nəzərdə tutulub. 2020-ci ilin bundan öncə təsdiq edilmiş büdcəsində belə bir maddə yox idi. Eyni zamanda iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı maddəsinə də əlavə olaraq 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.

Millət vəkili iki maddə çərçivəsində dürüstləşmiş büdcə daxilində 236 milyon 600 min manat vəsaitin məhz dövlət və özəl sektorda çalışan sahibkarların dəstəklənməsi üçün ayrılacağını bildirb.

Vüqar Bayramov pandemiyanın davam edən aylarında koronavirusun iqtisadi təsirlərinin azaldılmasının əsas prioritet olacağını söyləyib:

“Sahibkarlar növbəti aylarda bu dəstəkdən faydalana biləcəklər. Eyni zamanda postpandemiya dövründə sahibkarlar üçün yeni tətbiq edilən iqtisadi model çərçivəsində dövlət dəstəyinin daha da artırılması nəzərdə tutulur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər