6 Avqust 2020 12:15
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pandemiya, neftin qiymətinin aşağı düşməsi, Azərbaycan iqtisadiyyatında da problem yaradıb və yaratmaqdadır. Necə ola bilir ki, Azərbaycanda pandemiyanın ən şiddətli dönəmi idi və çox sərt karantin dövründə dövlət büdcəsinin gəlir və xərclərini yerinə yetirə bildik və 345 milyon profsit yarandı”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Vahid Əhmədov büdcə dəyişikliyinin pandemiya ilə bağlı olmadığını deyib: “Amma pandemiyanın yumşaldığı dövrdə iqtisadiyyat zəifləyir. Deməli bu, heç də pandemiyaya bağlı məsələ deyil. Rusiyada, Türkiyədə bütün müəssisələr fəaliyyət göstərir, amma ciddi karantin rejimi də tətbiq olunur. Biz müəssisələrin açılması ilə bağlı iş görməsək, ilin ikinci yarasında ciddi problemlərlə üzləşəcəyik. Dövlətə gəlir gətirən müəssisələrin fəaliyyətinə icazə verilməlidir. Bəzi müəssisələrin işləməsinə ehtiyac var. Nazirlər Kabineti, Operativ Qərargah bu haqda düşünməli, dövlət büdcəsinə xeyir verən sahələrin siyahısını tətbiq edərək onların işləməsinə şərait yaratmalıdır. Büdcə sisteminin dəyişdirilməsini müzakirə edirik. Düşünürəm ki, bu, vacibdir. Çünki qeyri-neft sektorunda gəlir aşağı düşüb. Amma hesab edirəm ki, burada ciddi məsələ istehsal və xidmət sahələrinin fəaliyyətinin bərpa olunmasıdır”.

Deputat manatın taleyi ilə bağlı da məsələyə toxunub: “Neftin qiyməti aşağı düşürsə, qeyri-neft sektorunun gəlirlərinin azalması manatın taleyinə ciddi təsir edir. Biz bununla bağlı ciddi düşünməliyik. Manatın taleyi necə olacaq? Pandemiya davam edir, iqtisadiyat böhran vəziyyətindədir, bu da manat üçün təhlükədir”.


Müəllif: Cavad

Oxşar xəbərlər