6 Avqust 2020 13:46
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq onun məbləği olduqca aşağı idi”.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir müavini bildirib ki,”Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir: "Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.

Anar Əliyev onu da əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb: “Hazırda əlilliyin təyin olunması ilə bağlı səhiyyə orqanlarına müraciət olunmalıdır. Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəsləri əyani komissiyadan keçirə bilirik. Ümumiyyətlə, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır”.


Müəllif: Cavad

Oxşar xəbərlər