7 Avqust 21:54
545

Pandemiyanın davam etməsi iqtisadi baxımdan böyük uğurlar əldə etmiş ölkələrdə belə bir sıra problemlər yaradıb. Bizim ölkəmizin qarşılaşdığı çətinliklərə baxmayaraq sosial sahədə nəzərdə tutulan bütün layihələr uğurla icra edilir. Siyasi xəttində insan amilini, vətəndaşların sosial qayğılarını əsas götürən dövlətimiz heç bir çətinliyə baxmadan bu missiyasını uğrula yerinə yetirir.

Bu fikirləri Teleqraf.com açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

O qeyd edib ki, ölkəmizin davamlı şəkildə sosial sahəyə olan diqqəti sayəsində koronavirus pandemiyası dönəmində bu istiqamətdə heç bir problem yaşanmayıb.

Millət vəkili bildirib ki, dövlətimiz əhalinin sosial problemlərinin həlli istiqamətində ciddi siyasət müəyyənləşdirib: “Azərbaycan o ölkələrdəndir ki, sosial siyasət onun əsas prioritetidir. Pandemiya dönəmində bu kurs davam etdirilib. Daha çevik və təsirli addımların atılması üçün bütün imkanlar səfərbər olunub. Məhz sərt karantin dövründə dövlət və özəl sektorda muzdla çalışan işçilərin və onların əməkhaqqlarının qorunması bu qəbildəndir.

Dövlət sektorunda çalışan və sərt karantin rejimi tətbiq ediləndən işçilərin 80 faizi işə çıxmadan aylıq maaşla təmin edildi. Təxminən 910 mindən artıq insanın əməkhaqqları ödənildi”.

Millət vəkili özəl sektorda çalışan 320 mindən artıq insanın da ödənişlərinin vaxt-vaxtında verildiyini vurğulayıb:

“90 minə yaxın ödənişli iş yerləri açılıb, 65 mindən artıq vətəndaşımızın bundan faydalanmasına şərait yaradılıb. Özünüməşğulluq proqramları da artıq geniş şəkildə tətbiq edilib. 12 mindən çox ailə bu proqramdan yararlanıb. Artıq kiçik təsərrüfatların qurulması işlərinə başlanılıb. Bununla yanaşı 85 min ailənin 250 mindən artıq üzvü davamlı olaraq ünvanlı sosial yardımla təmin edilir. Orta hesabla hər ay bu ailələrə 222 manat civarında ödəniş edilir.

100 mindən çox aztəminatlı ailələrin üzvləri yardımlarla təmin edilib. Heydər Əliyev Fondu və Yeni Azərbaycan Pariyası tərəfindən pandemiyadan əziyyət çəkən ailələrə da mütəmadı yardımlar göndərilib”.

Millət vəkili bilidirib ki, 20 mindən artıq şəxsin işsizlikdən sığorta ödənişləri də icra olunub.

Cavid Osmanov vurğulayıb ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentə təqdim edilən iqtisadi paket əhalinin sosial problemlərinin, vətəndaşa verilən dəstəyin növbəti təzahürü kimi qiymətləndirilir.


Müəllif: Tapdıq Qurbanlı