Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.
Teleqraf.com xəbər verir ki, qəbul Türkiyə Prezidentinin iqamətgah kompleksində keçirilir.
Qəbulda nazir Ceyhun Bayramovun Prezident Rəcəb Tayyib Ərdoğana Azərbaycan və Ermənistan arasında sərhəddə yaşanan son durumla bağlı məlumat verməsi gözlənilir.
Qeyd edək ki, görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hulusi Akar da iştirak edir.