Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda pamdemiya ilə əlaqədar Yeni Azərbaycan Partiyasının gördüyü işlər barəsində qısa məlumat verildi. Qeyd edilib ki, Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib. Yeni Azərbaycan Partiyası da öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak etmiş, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.
İclasda Yeni Azərbaycan Partiyasının Nəsimi, Ağdaş və Ağdam rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətinə dair hesabatı dinlənilib.
İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edilmiş, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.
İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.