13 Avqust 2020 15:54
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Şura" üzvlərinin növbəti videokonfrans formatındakı iclası çox gülünc və aşağı səviyyəli müzakirə predmetləri ilə yadda qaldı. Küçə psixologiyası ilə siyasətlə məşğul olan qrupun səviyyəsi də ancaq bu cür ola bilərdi. Siyasi hakimiyyətə iddialı olan şəxslərin belə bir leksikonla cəmiyyətdən dəstək ummaları da ayrı bir mövzudur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, öz aralarında belə normal üslub tapa bilməyən bu qondarma qrumun üzvlərinin ictimai təfəkkürdə özlərinə necə yer qazanacaqları da birmənalıdır:

"Müasir cəmiyyətlərdə siyasi hakimiyyətə iddialı şəxslərin digər opponentlərinə nisbətən daha praqmatik, cəlbedici mövqedən çıxış etmələrini müşahidə edirik. Yeniləşən və müasir çalarları öz həyat ahənginə çevirən cəmiyyətimizdə isə təəssüf və təəccüb doğuran qruplaşmalar hələ də qalmaqdadır. Çox təəssüf ki, cəmiyyətin ucqarlarında belə bir fikir və düşüncə sahiblərinin olması, köhnəlmiş qaydalardan qurtula bilməməsi müşahidə edilir. Bu gün Azərbaycanda yetişmiş nəsil daha arqumentli siyasi təfəkkürün formalaşmasında birbaşa iştirakçıdır. Amma bütün gerilikçi və radikal prinsipləri öz həyat və siyasi davranış qaydalarına adət seçmiş siyasi qruplaşmalar hələ də iyrənc bir mənzərə yaratmağa çalışırlar. 90-cı illərin əvvəllərində öz siyasi platformalarını ortaya qoymuş və cəmiyyət tərəfindən rədd edilmiş köhnə konyukturanın tör-töküntüləri hələ də “biz varıq” prinsipindən qurtula bilmirlər. Az qala komunizm dəyərlərini çağdaş siyasi və ictimai təfəkkürə calaq etmək iddiasında olanlara cəmiyyətin mövqeyi isə birmənalıdır”.

Cavid Osmanov bildirib ki, "Milli Şura" və onun ətrafına cəm olmuş 3-5 nəfərin siyasi riyakarlıqla məşğul olmaları və az qala təsərrüfat mövzularını, öz aralarındakı gülünc ritorikanı gündəmə çevirmələri təəssüf hissi yaradır:

"Bu radikal qrupun üzvləri cəmiyyətə aqressiyanı, hiddəti aşılamaqla öz məqsədlərinə bir növ çatacaqları düşüncəsindədirlər. Son videoformatda keçirilən ”Şura” toplantısında da siyasi əxlaqa sığmayan, qüsurlu leksikonları ilə ənənəvi müxalifətçiliyin nə dərəcədə zərərli bir tendensiya halına gəldiyini isbat etmiş oldular. Sanki cəmiyyətdə olanlar sırf onların xəyal etdiklərinə doğru gedirmiş kimi davranmaq və bunu sevinclə qarşılamaq absurd bir yanaşmadır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər