13 Avqust 2020 20:00
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dünya dövlətləri ilə bu gün öz hüquqlarının müdafiəsi üçün beynəlxalq hüquq çərçivəsində əlaqələr qurur, münasibətini bildirir. Rusiya kimi nüfuzlu bir ölkə ilə zəruri məsələlərin müzakirə edilməsi də bunun göstəricisidir. Bu, eyni zamanda ona dəlalət edir ki, dünya Ermənistanın real qiymətini verməlidir. O cümlədən Rusiya da bu məsələdə öz mövqeyini ortaya qoymalıdır.

Bu fikirləri Teleqraf.com-a açqılamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib:

Millət vəkili bildirib ki, ölkəmiz Rusiya ilə çox yaxın münasibətlərə malikdir:

"Rusiya bizim dostumuz, qonşumuz və demək olar ki əksər məsələyə eyni mövqedən yanaşdığımız bir dövlətdir. Bu baxımdan Rusiya tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi işğalçı Ermənistana dəstək verilməsini Azərbaycan dövləti qəbul etmir. Bununla bağlı da dövlət olaraq fikirlərimizi və mövqeyimizi açıq bildiririk. ATƏT-in Minsk Qrupunun tərkibinin genişləndirilməsi, digər tərəfdən isə onların daha fəal olması məsələsi gündəmə gətirilməlidir. Minsk Qrupunun indiki tərkibi dünya siyasətində böyük rol oynayan və Ermənistana ciddi təsir edə bilən ökələrdir. Amma çox təəssüf ki, onlar sadəcə olaraq bu məsələ ilə bağlı diplomatik mövqe bildirirlər. İşğal edilənlə, işğalçını tərəzinin eyni bir gözünə qoyurlar”.

Deputat əlavə edib ki, 12 iyulda Tovuz istiqamətində Azərbaycana qarşı təxribat törədən Ermənistana layiq olduğu qiymət verilmir:

“Bu baxımdan da hər üç həmsədr dövlət bu məsələdə daha prinsipial mövqe ortaya qoymalıdır. Həmçinin dünyanın daha bir neçə dövlətinin, o cümlədən Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrliyinə gətirilməsi çox düzgün bir addım olardı. Bu, problemin tezliklə və ədalətlə həll olunmasına gətirib çıxarmış olar”.


Müəllif: Tapdıq Qurbanlı