14 Avqust 2020 18:30
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, videogörüşdə iştirak edən seçicilər işsiz və koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımının alınması, məhəllələrarası yolların təmiri, pensiya təminatı, binaların həyətlərinin abadlaşdırılması, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə müraciətlərini deputatın diqqətinə çatdırıblar.

Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digər qismi ilə bağlı müvafiq izahat verilib. Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlər isə aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri tərəfindən qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Azay Quliyev görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov və Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev də iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər