15 Avqust 2020 17:10
2 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə belarusyalı həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, telefon danışığı Belarus tərəfinin təşəbbüsü ilə baş tutub.

Lukaşenko və Putin Belarusdakı prezident seçkilərindən sonra ölkədə yaranan vəziyyəti müzakirə ediblər.

Kremlin mətbuat xidməti görüşün təfərrüatları barədə məlumat verib:

“Hər iki lider problemlərin yaxın gələcəkdə həll olunacağına inamlarını ifadə ediblər. Bildirilir ki, bu problemlərdən iki ölkənin qarşılıqlı sərfəli əməkdaşlığına zərər vurmağa çalışan destruktiv qüvvələr yararlanmamalıdır. Belarusda saxlanılan 32 Rusiya vətəndaşının qaytarılması ilə bağlı hər iki ölkənin profil strukturlarının sıx əməkdaşlığına müsbət qiymət verilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər