19 Avqust 2020 01:36
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistanın rəhbərliyi və rəsmi İrəvan tərəfindən mütəmadi olaraq işğalçılıq niyyətini açıq şəkildə ortaya qoyan açıqlamalar, bəyanatlar verilir. Bu dəfə Ermənistan Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizi ilə bağlı açıqlama verərək Türkiyəyə qarşı ittihamlarla çıxış edib.

Teleqraf.com xəbər verir ki, regionda hədsiz dərəcədə anlaşılmaz siyasət yeridən işğalçı ölkənin addımları, rəsmi İrəvanın absurd bəyanatı Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində müzakirə olunub. Proqramın qonaqları, Milli Məclisin deputatı Arzu Nağıyev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva düşmən ölkənin siyasi yanaşmalarını təhlil ediblər. Ekspertlər qeyd ediblər ki, Ermənistan bu gün beynəlxalq aləmdə küncə sıxılmış vəziyyətdədir. Bu səbəbdən də işğalçı dövlət anormal, beynəlxalq hüquqla uzlaşmayan siyasət aparmağa cəhd edir. Vurğulanıb ki, Ermənistanın küçədən hakimiyyətə gələn rəhbərliyi siyasi səriştəsiz olduğuna görə, məsuliyyətsiz, bölgəni çaxnaşmaya aparan bəyanatlar verir.

“Hədəf”in efirinə “Skayp” vasitəsilə qoşulan Türkiyə Böyük Millət Məclisinin üzvü, türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da fikirlərini bölüşüb.

Rəsmi İrəvanın məlum bəyanatı ilə bağlı bildirib ki, Ermənistan XİN başçısının Şərqi Aralıq dənizi ilə bağlı dedikləri Türkiyəyə qarşı xain planlardan qaynaqlanır. Dostluq qrupunun rəhbəri vurğulayıb ki, Paşinyan hökuməti aciz vəziyyətdədir. O hakimiyyətə gələn zaman erməni xalqına verdiyi sözlərin heç birini yerinə yetirə bilmədi. İndiki halda isə daxildəki gərginliyi yayındırmaq üçün müxtəlif absurd üsullara əl atır.

Verilişin tam versiyasını “YouTube” kanalımızdan izləyə bilərsiniz:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər