19 Avqust 2020 23:42
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ilin may ayının 12-dən sonra Ermənistan silahlı birləşmələri tərəfindən ərazisi işğal edilən Laçın rayonundan olan məcburi köçkünlərin bir qismi Göygöl rayonu Sarı Qaya deyilən ərazidə məskunlaşdılar. Orada kənd təsərrüfatı üçün zəruri ehtiyatlar olmadığına görə həmin insanlar Goranboy rayonun Ballıqaya kəndinin ərazisində Gülüstan meşəsi yaxılığında məskən saldılar. Onların bu əraziyə yerləşməsindən 3 gün sonra yəni, 28 avqust 1992-ci ildə ermənilərin növbəti teror hücumuna məruz qaldılar.

Teleqraf.com-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov belə deyib

Tarixçi qeyd edib ki, erməni terrorçularının məhz Ballıqayada tərətdiyi qanlı hücüm nəticəsində 24 dinc sakin həlak olub, 5 nəfər ağır yaralanıb.

Fəlsəfə doktoru ermənilərin məhz bu terror hücumu nəticəsində azyaşlı uşaqların, qadınların, qocaların xüsusi amansızlıqla qətlə yetirilməsinin insanlığa qarşı növbəti cinayət olduğunu bildirib:

“Ermənistanın bu vandalizm və terror aktına Azərbaycan qanunvericiliyinə uyğun cinayət işi açılıb. Ballıqaya soyqırımı qurbanlarının ən kiçiyi 6 aylıq, yaşlısının isə 93 yaşı var idi. Erməni vəhşiliyinin nəticəsi olaraq Ballıqayada meyitlərin bir çoxu tanınmaz hala salınmışdı. Bu da qaniçən ermənilərin tarixdə öz obrazlarına nə qədər sadiq olmalarını, insanlıq əleyhinə formalaşdırılmış bir toplum olduqlarını göstərmiş olur”.

Tarixçi alim vurğulayıb ki, 1992-ci ilin yanvar-fevral aylarından başlayaraq Malibəyli, Qusçular, Kərkicahan, Xocalı faciəsindən sonra Dağlıq Qarabağdan kənarda da ermənilər tərəfindən xalqımıza qarşı qırğınlar törədib: “Ballıqayada ermənilərin törətmiş olduğu qırğın 1992-ci ildə azərbaycanlılara qarşı törədilmiş ən böyük faciələrdən biri olub. Bu qırğın ermənilər tərəfindən düşünülmüş, planlaşdırılmış bir terror aktı idi”.

Vurğulayıb ki, orada məskunlaşan insanlar əvvəlcədən belə bir təhlükənin olacağını hiss ediblər: “Bununla bağlı müəyyən çağırışlar və fikirlər də olub. Amma sözsüz ki, o dövr üçün insanların belə bir təhlükəni hiss edərək bəyan etməsinə o qədər də ciddi yanaşılmayıb”.

Fəlsəfə doktoru bildirib ki, Qaradağlı, Xocalı və ardınca Ballıqaya faciəsini törətməklə ermənilərin məqsədi azərbaycanlıların müqavimətini sındırmaqdan ibarət idi.

Taleh Cəfərov ermənilər vətəndaşlarımızın gözündə qorxu, psixoloji xof yaratmaq məqsədləri ilə xalqımıza qarşı iyrənc cinayət hərəkətlərini təşkil ediblər:

“Onlar düşünürdülər ki, bu cür terror aktları həyata keçirməklə müharibənin gedişində öz öz xeyirlərinə dönüş yaradacaqlar. Ballıqaya faciəsi ilə bağlı o dövrün mətbuatında da dolğun, geniş informasiya verilməmişdi. Bu cür faciələrin bütün detallarının tam açılmasına erməni vandalizminin cinayətkar üzünün beynəlxalq ictimaiyyətə təqdim edilməsinə zərurət var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər