20 Avqust 2020 17:55
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xartici işlər naziri Sergey Lavrovun dəvəti ilə Azərbaycan xartici işlər naziri Ceyhun Bayramov avqustun 26-da Rusiyaya rəsmi səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Maria Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, iki ölkənin xarici işlər nazirinin görüşü zaman ikitərəfli əlaqələrlə bağlı geniş-spektrli məsələlərin, o cümlədən regional və beynəlxalq gündəmin müzakirə edilməsi nəzərdə tutulur.

Azərbaycan XİN rəhbərinin həmçinin Rusiya hökumətində və Federal Məclisində görüşləri planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər