Speys TV-nin “Gərgin saat” verilişində medianın problemləri və inkişaf istiqamətləri müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, tanınmış teleaparıcı Elçin Əlibəylinin proqramında Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı, Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və jurnalist, politoloq Elxan Şükürlü iştirak edib.
Verilişdə medianın nüfuzlu simaları bu vaxta qədər media siyasətində yanlışlıq, KİV DF-nin Vüqar Səfərlinin rəhbərlik etdiyi dönəmdə fəaliyyəti, eyni zamanda sosial şəbəkələrdəki mövcud reallıqlar geniş müzakirə edilib.
Verilişin videosunu təqdim edirik: