Dünən Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizdəki səfirlərinin etimadnamələrini qəbul edərkən çox vacib məsələlərə toxundu, vacib fikirlər səsləndirdi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
R.Qonaqov bildirib ki, Prezident İlham Əliyev hər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın geniş spekrli olduğunu və fəal siyasi dialoq olduğunu diqqətə çatdırdı:
“Yunanıstan səfiri ilə olduqca açıq danışan cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkdi. Ölkə rəhbəri bu görüşdə bildirdi ki, "Yunanıstan, Kipr və Ermənistan üçlük formatı yaradaraq, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq ölkəmiz üçün ciddi narahatlıq yaradır. Şərqi Aralıq dənizi mövzusunda Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləməkdədir. Türkiyə həmişə Azərbaycanın yanında olduğu kimi Azərbaycan da hər zaman Türkiyənin yanındadır".
R.Qonaqovun fikrincə, bu, bir daha onu nümayiş etdirir ki, ölkə rəhbərimiz dövlətimizin milli maraqlarını qətiyyət və əzmkarlıqla hər bir görüşdə müdafiə edir.
O əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və olduqca mühüm bir nümunədir.