5 Sentyabr 2020 13:39
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Dövlət başçısı və birinci xanım yaradılan şəraitlə yaxından tanış olublar. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq cənab Prezident daim təhsilə olan diqqətini ön plana çəkib. Bu amil gənclərimizin yüksək səviyyədə təhsil alması üçün atılan addımın əyani bir sübutdur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

O qeyd edib ki, dövlətimizin təməli təhsildən başlayır. Millət vəkili vurğulayıb ki, təhsil sisteminə verilən dəyəri dövlətin üstün tutduğu əsas istiqamətlərdə də görmək mümkündür:

“Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik insanlar var və onlar cəmiyyətin böyük hissəsini təşkil edir. Əks halda Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi.

Məhz bu prinsiplər üzərində ölkəmizdə elm, təhsil inkişaf səviyyəsində yüksəlib. Bilikli, savadlı və milli-mənəvi dəyərləri mənimsəmiş kadrlar vasitəsi ilə müstəqil dövlətimizin idarəçiliyi təmin edilir. Dövlətimizin n illiklərdə əldə etdiyi uğurların əsasında insan faktoru dayanır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər