5 Sentyabr 2020 20:37
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər karantin rejiminə bəzi yumşalmalar tətbiq edildi. Bir çox qadağalar artıq götürüldü. Bu isə insanların sərbəst fəaliyyətinə, paralel olaraq iqtisadi fəallığın artmasına səbəb olacaq. Sözsüz ki, pandemiyanın ən ciddi təsir göstərdiyi sahələrdən bir də iqtisadiyyatdır. Dünyanın bir çox ölkələrində pandemiya səbəbindən iqtisadi tənəzzül yaşandı. Pandemiyanın insan sağlamlığı ilə yanaşı iqtisadi fəallığa da çox ciddi mənfi təsirləri oldu.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, ölkəmizdə son günlər yoluxmada zəifləyən dinamika nəzərə alınaraq bəzi qadağalar ləğv edildi: “Bu, sözsüz ki, yenidən iqtisadi fəallığın bərpasına xidmət edəcək. Kafe və restoranların fəaliyyətinə artıq gecə saatlarına qədər icazə verildi. Qapalı məkanlarda pandemiyanın şərtləri gözlənilməklə xidmətə icazələrin verilməsi də labüd idi”.

Ceyhun Məmmədov bildirib ki, sərt karantindən mərhələli şəkildə çıxılması üçün vacib qərarlar qəbul olunur: "Çünki karantindən dərhal sonra açılmaların olması yenidən yoluxma sayına təsir edə bilər”.

Deputat vurğulayıb ki, pandemiyanın başlanğıcından dövlət bütün zəruri addımlar atdı: “Cəmiyyət də diqqətli olmalı və qorunma tədbirlərinə ciddi əməl etməlidir. Çünki bəzi ölkələrdə hələ də pandemiya ilə bağlı artımlar mövcuddur. Artıq bir sıra Avropa ölkələrində ikinci dalğa ilə bağlı fikirlər var. Ona görə də, virusun yox olduğı qənaəti ilə özümüzə və ətrafımıza zərər verə bilərik. Anı sərbəstlik və qaydalara əməl olunmaması, kütləvi toplaşma zamanı sosial məsafənin gözlənilməməsi yenidən yoluxma artımına səbəb olar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər