7 Sentyabr 2020 12:48
1 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Cənubi Kipr rəhbərliyi ilə Türkiyə arasında vasitəçi olmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib.

O bildirib ki, yaxın vaxtlarda Kiprə səfər edəcək: "Rusiya ilə Türkiyə arasındakı yaxşılaşan münasibətlərin Moskva ilə Lefkoşa arasında dialoqa heç bir şəkildə təsir etməyəcəyinə dair kiprli dostlara zəmanət vermək istəyirəm.

BMT Ankara ilə Lefkoşa arasındakı problemləri həll etmək üçün universal bir platformadır. Əgər hər iki tərəf maraqlanarsa, Cənubi Kipr rəhbərliyi ilə Türkiyə arasında yaxşı qonşuluq münasibətlərinin qurulmasına töhfə verməyə hazırıq”.

Şərqi Aralıq dənizində gərginliyə toxunan Lavrov münaqişə potensialının artıran hər hansı hərəkətin yolverilməz olduğunu deyib: “Biz dəfələrlə bölgədəki dövlətlərin liderlərini problemlərin və ya mübahisələrin sülh yolu ilə və qanuni şəkildə həll edilməsi üçün çağırış etmişik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər