8 Sentyabr 2020 21:23
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyev İranın ölkəmizə təyin edilmiş səfirini qəbul edərkən bir sıra vacib məqamlara toxunub. Əsas məqamlardan biri ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu işğal nəticəsində həmin ərazilərdə mövcud bütün tarixi, mədəni, dini abidələr məhv edilib. İşğal nəticəsində həmin ərazilərdəki məscidlər ermənilər tərəfindən vandalizmə məruz qalıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamsında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, işğalçı Ermənistan tərəfindən məscidlərdə heyvanlar saxlanılır.

Millət vəkili bildirib ki, ermənilər işğaldakı dini simvollara qarşı təhqir və vandalizm həyata keçirir: “Bu artıq xarakterik hal alıb. İşğal siyasəti nəticəsində ermənilər həmin ərazilərin bir hissəsini tamamilə dağıdıb. Oradakı tarixi abidələrin bir qismi məhv edilib. Digərləri isə özününküləşdirmə adı ilə dəyişikliyə məruz qalıb”.

Ceyhun Məmmədov bildirib ki, Şuşa, Ağdam məscidləri bu gün islam adına yaraşmayan bir tərzdə vandalizmə məruz qalır: “Azərbaycanda dini mənəvi dəylərə hər zaman diqqət və qayğı olub. Bir neçə il öncə ölkəmizdə İslam Həmrəyliyi ili elan edilib. Məscidlər təmir edilib və bərpa edilib. Ölkəmizdə milli-mənəvi dəyərlərə, dini abidələrə diqqət və qayğı mövcuddur”.

Millət vəkili qeyd edib ki, bu işğalçı Ermənistan müsəlman ölkələri ilə sıx əlaqərər qurmağa cəhd edir: “Ermənistan hazırda özünü müsəlman ölkələrinin “dostu” kimi qələmə verməyə çalışır. Amma reallıqda işğalçı ölkə tərəfindən Dağlıq Qarabağda Azərbaycanın qədim torpaqları olan İrəvanda, Zəngəzurda dini abidələri dağıdıb, məhv edib. Bu isə Ermənistan tərəfindən dünya mədəni irsinə qaşı təşkil edilmiş bir cinayətdir. Bu cinayətlərin qarşılığında isə Ermənistana qarşı sərt tədbirlər görülməlidir. Məscidləri dağıdan dövlət heç vaxt müsəlman ölkələrinin “dostu” ola bilməz. Müsəlman ölkələrindən də gözləntimiz ondan ibarətdir ki, Ermənistanla əməkdaşlıqdan çəkinsinlər”.

Deputat onu da əlavə edib ki, Ermənistan bu günə kimi törətmiş olduğu cinayətlərə görə hüquqi müstəvidə cəzalanmayıb: “Ona görə də Ermənistan davamlı olaraq tarixi, milli, dini dəyərlər qarşı vandalizm aktları həyata keçirir. Artıq müsəlman ölkələrinin birliyi müstəvisində Ermənistana qarşı sərt reaksiyalar verilməlidir. Milli-mənəvi dəyərlərə qarşı olan bir dövlətin xislətini və xarakterini artıq hər kəs görməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər