Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyevin Türkiyədə keçirdiyi görüşlər çərçivəsində Azərbayca-Türkiyə birgə media platforması istiqamətində apardığı müzakirə və razılaşma geniş əks səda doğurub.
Real TV-nin “Real İntervyu” proqramında sözügedən məsələ müzakirəyə çıxarılıb. Verilişin qonağı olan Teleqraf Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı qardaş ölkələrin mediasının qarşılıqlı əlaqələri, milli maraqlar müstəvisində daim bir-birinə verilən dəstəyin formaları, indiyə qədər görülən işlər və birgə media platformasının yaradacağı imkanlar barədə danışıb.
Teleqraf.com verilişin videoyazısını təqdim edir: