10 Sentyabr 2020 14:35
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin yol infrastrukturu yenidən qurulub. Son 16 il ərzində 16 min kilometrə yaxın yollar yenidən tikilib. Yeni tikilən yollar insanların rahatlığını və təhlükəsizliyini təmin edir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Millət vəkili vurğulayıb ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdə dayanır: “Yol infrastruktrunun daha əlverişli, insanların rahatlığına və təhlükəsizliyinə xidmət baxımından ölkəmiz MDB məkanında 1-ci yerdədir”.

Azər Badamov Bakının yollarının müasir tələblərə uyğun şəkildə tikildiyini diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin sərəncamları ilə Bakıda bir neçə il əvvəl körpülər tikilməsəydi, bu gün paytaxtımızın yollarında maşınla hərəkət mümkün olmazdı. O cümlədən, Bakı ətrafı kəndlərə gedən yollar da yenidən qurulur. Yolların yenidən qurulması nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin olunmasına xidmət edir. Eyni zamanda piyadaların hərəkət rahatlığının və təhlükəsizliyinin təmin edilməsi istiqamətində də zəruri işlər görülüb. Son illərdə Bakıda 113 piyada keçidi tikilib və bu proses indi davam edir”.

Deputat qeyd edib ki, paytaxtda avtomobillərin hərəkətinin sıx olduğu ərazilər müəyyənləşdirilir və həmin ərazilərdə qısa zamanda yeni keçidlər tikilir: “Sentyabrın 9-da cənab prezidentin açılışını etdiyi Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi öz müasirliyi və rahatlığı ilə digərlərindən seçilir. Son dövrlər tikilən piyada keçidinə arxitektur, dizayn və rahatlıq baxımından daha çox diqqət çəkir. Tikilən piyada keçidləri zövqlə tikilməsi ilə yanaşı şəhərimizi daha da müasirləşdirir”.

Millət vəkili əlavə edib ki, yol mədəniyyət və inkişaf deməkdir: “Bugünkü Azərbaycanın yolları ölkəmizin yüksək inkişaf dövrünü yaşadığını göstərir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər