10 Sentyabr 2020 18:12
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə iqtisadi siyasətin və islahatların yeni idarəetmə çərçivəsinin yaradılması məqsədilə İqtisadi Şura yaradılıb. Şura iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır. Pandemiya şəraitinin 2018-ci ildən sürətlənən iqtisadi islahatların nəticəsində geniş hiss edilməsinə mane oldu. Belə olan halda təbii olaraq vətəndaşların sağlamlığı iqtisadi hədəfləri üstələdi. Pandemiya Azərbaycanda da iqtisadiyyatın müəyyən qədər geriləməsinə səbəb olub.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

O qeyd edib ki, artıq yeni reallıqlar formalaşır. Deputat neftin qiymətinin aşağı düşməsi, texnologiya və yeniliklərin sürətlə yayılması iqtisadi siyasətdə də çevikliyin labüd olduğunu söyləyib: “Bu baxımdan Azərbaycanda iqtisadi siyasətin yeni idarəetmə çərçivəsinin yaradılması zəruri idi. Bu addım iqtisadi uğurları əldə etməyin yeni mənbələrinin tapılmasına hesablanıb. Şura qarşısında növbəti 10 ildə iqtisadiyyatımızın iki dəfə böyüməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədləri qoyulub. Xarici və özəl investisiyaların cəlb edilməsində yeniliklər gözlənilir. Eyni zamanda insan kapitalından geniş istifadə edilməsi, innovativlik kimi hədəflərin reallaşması daha məqbuldur. Azərbaycan iqtisadiyyatının müasir çağırışlar üzərində inkişaf edəcəyini və islahatların da bu məqsədlə sürətlənəcəyi mümkün olacaq”.

Komitə sədri vurğulayıb ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi qarşısında da mühüm vəzifələr qoyulub: “Müasir qanunların qəbulu, mövcud qanunvericilik aktlarında çevik mexanizmlər yaradacaq. Paralel olaraq ölkəmizin iqtisadi hədəflərinə çatmaqda mühüm alət olacaq”.

Tahir Mirkişili qeyd edib ki, Prezident İlham Əliyevin iqtisadi siyasət kursu sürətli, çevikliyi, müasirliyi və sosiallığı ilə fərqlənib: “İqtisadi Şuranın yaradılması iqtisadiyyatın post-pandemiya dövründə sürətli inkişafının təmin edilməsi məqsədi daşıyır. Dövlət başçısı tərəfindən qoyulan tapşırıqlara tam əməl olunduğu təqdirdə bu hədəflərə çatmağın tam mümkünlüyünə əminik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər