11 Sentyabr 2020 13:49
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın aparıcı yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) təşəbbüsü ilə Azərbaycan səfiri Elin Süleymanovun Texas ştatının ən böyük şəhərləri olan Dallas və Hyustonda yaşayan AYK nümayənədləri ilə onlayn görüşü keçirilib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, müzakirə zamanı Elin Süleymanov Azərbaycanın tarixinə nəzər salaraq burada müxtəlif xalqların nümayəndələrinin bərabər yaşadığını, mədəniyyətlərin müxtəlifliyini qeyd edərək bu xüsusda Azərbaycan və yəhudi xalqlarının dostluğunun dərin köklərinin olmasını və bunun da mədəniyyətlərə təsirini, bir çox sahələrdə proqram mübadiləsinin aparılmasını, Azərbaycanda antisemitizmin olmamasını, həmçinin, İsrailin Azərbaycanın enerji layihələrindən faydalandığını qeyd edib.

Səfir bildirib ki, Azərbaycanın müsəlman əksəriyyətinin yaşadığı ölkə olaraq İsraillə digər ölkələr arasında müsbət əlaqələrin qurulmasında xüsusi rolu oynayır və örnək göstərməkdədir.

Diplomat ABŞ-la münasibətlər haqqında səfir məlumat verərək müvafiq olaraq enerji, iqtisadi, tibb, kənd təsərrüfatı, texnologiya sahələrində əməkdaşlığı da qeyd olunub.

Bununla belə Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı nəticəsində həmin ərazidə etnik təmizləmənin baş verdiyi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun gələcəyinə əsas təhlükə və təhdid olduğu nəzərə çatdırılıb. Səfir qeyd edib ki, İsrail dövləti davamlı olaraq beynəlxalq və müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən tənqid olunduğu halda, eyni təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarının işğalı və etnik təmizləmə barədə məlumatları işıqlandırmaqdan çəkinirlər. Bu da ikili standartların bariz nümunəsidir.

Görüş zamanı iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələr haqqında ətraflı məlumat verilib və bu ərazinin yaxınlığından regionun əsas enerji və infrastruktur layihələrinin keçməsinin təsadüf olmadığı da bildirilib.

Qeyd edək ki, Amerika Yəhudi Komitəsi iyulun 21-də Los-Anceles şəhərində Azərbaycan icması üzvlərinə qarşı erməni icması tərəfindən nifrət zəminində törədilmiş aktları tərəfindən pisləyən bəyanatla çıxış etmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər