Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş İstanbul şəhərində keçirilib.
Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da iştirak edib.
Qeyd edək ki, Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.