Cənab Prezident yeni tədris ilinin başlanması ilə bağlı təbrikində ölkəmizdə təhsil sahəsində görülən işlərdən bəhs edib. Vurğulanıb ki, bu tədris ili yeni şəraitdə və formatda keçiriləcək. Burada əsas məsələ əhalinin sağlamlığının qorunması ilə bağlıdır. Gənclərin, şagirdlərin, tələbələrin sağlamlığını qorumaq hazırda prioritet məsələdir. Bu, təkcə Azərbaycanda deyil. Bütün dünya ölkələrində pandemiyanın yaratmış olduğu şərait bunu tələb edir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.
Komitə üzvü qeyd edib ki, mövcud şəraitə uyğun olaraq ayrı-ayrı ölkələr tədrislə bağlı müxtəlif qərarlar verib.
Millət vəkili pandemiya dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də müəyyən fasilələr yarandı: “Eyni zamanda pandemiya dünyanın əksər ölkələrində müəyyən çətinliklər yaratdı. İqtisadi fəallıq aşağı düşdü. Ölkələrin iqtisadi duruma iflic oldu. Bir sıra ölkələr yardım üçün beynəlxalq maliyyə təşkilatlarına müraciətlər etdi. Neft gəlirlərinin də azalması baş verənlərin fonunda labüd idi. Hazırda pandemiyanın yaratmış odluğu reallıq bütün dünya ölkələrinin iqtisadi siferasına ciddi təsir göstərir. Azərbaycanda sözsüz ki, pandemiyanın zərərləri ilə üzləşən ölkələrdəndir. Amma bütün bunlara baxmayaraq ölkəmizdə heç bir sosial layihə ixtisara salınmadı”.
Təhsil komitəsinin üzvü vurğulayıb ki, ölkəmizdə təhsil və digər həyatı önəm kəsb edən sahələrdə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilib: “Yeni ali məktəb korpuslarının, məktəblərin tikintisi və təmiri, modul tipli məktəblərin inşası həyata keçirildi. Eyni zamanda bu il 147 məktəb məktəbin inşası nəzərdə tutulub. Ümumiyyətlə isə son 17 ildə ölkəmizdə 3700 məktəb tikilib. Bir neçə gün öncə İqtisad və ADA Univeristetlərinin yeni korpusları yüksək texnoloji yeniliklərə uyğun formada tikilib isitifadəyə verilib”.
Ceyhun Məmmədov bildirib ki, bütün bunlar cənab Prezidentin 2004-cü ildə elan etdiyi “qara qızılı, insan kapitalına çevirilməsi” istiqamətində proqram xarakterli tezisindən irəli gəlib.
Millət vəkili vurğulayıb ki, ölkədə mövcud təhsil müəsisələrinin yenidən qurulması, cəmiyyətdə müəllimin nüfuzunun daha da artması bütövlükdə təhsilin keyfiyyətinin yeni sferaya keçidi təmin edilib.