İran və Azərbaycan arasında münasibətlər nümunəvidir. Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik və Azərbaycana xüsusi hörmət bəsləyirik”.
Teleqraf.com xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.
Bununla belə səfir qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsi siyasi əlaqələrin səviyyəsində deyil:
“Mən çalışacağam ki, iqtisadi əlaqələrimizin səviyyəsi də siyasi əlaqələr səviyyəsində olsun. Çünki bunun üçün böyük potensial mövcuddur”.