17 Sentyabr 2020 15:52
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində məsul olan təşkilat faəliyyətsizliyi ilə diqqət çəkir. Çünki ATƏT-in Minsk Qrupu fəaliyyət müddətində problemin həlli istiqamətində heç bir ciddi irəliləyişə nail olunacaq addım atmayıb. Belə olan halda bu təşkilatın faəliyyətinə inamsızlıq daha da güclənir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, sentyabrın 14-də Parisdə ATƏT Minsk Qrupu həmsədrləri arasında uzun müddətdən sonra “intensiv məsləhətləşmələr” keçirilib:

"Görüşdə həmsədrlər bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb. İyul ayında Ermənistan-Azərbaycan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə edikləri bəyanatda qeyd edilib.

Cavid Osmanov qeyd edib ki, Tovuz döyüşlərindən artıq 3 aya yaxın vaxt keçir:

“Minsk Qrupu isə yalnız indi “ayılaraq” sərhəddəki gərginliyə diqqət ayırır və bunu “intensiv məsləhətləşmə” adlandırır. Bu cür gecikmiş açıqlamada belə ümumi ifadələr yer alır. Həmsədrlər iyul döyüşlərinə “xüsusi diqqət" yetirsələr də, bu döyüşlərin motivi, səbəbi, günahkarı və nəticələri haqda heç nə demirlər. Minsk Qrupu Azərbaycanın Ermənistanla həmsərhəd bölgəsinin, kəndlərinin hücuma məruz qalmasına, dinc sakinlər arasında ölən və yaralananların olmasına susur. Eyni zamanda həmsədrlər nədənsə, Ermənistanın artıq sübuta yetirilmiş diversiya cəhdini pisləmir. Paralel olaraq Minsk Qrupunun üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən süni və qanunsuz məskunlaşmaya reaksiya vermir”.

Deputat əlavə edib ki, ATƏT-in Minsk Qrupu faktiki olaraq sülh danışıqlarından çıxdıqlarını bəyan edən Ermənistana təzyiq etməyə cəsarət tapmır:

“Eyni zamanda Ermənistanın separatçı müzakirələrinə, sənədləri rədd etməsinə, Qarabağın anneksiyasını gizlətməsinə də həmsdərlər münasibət bildirmir. Belə olan bir şəraitdə ATƏT-in Minsk Qrupu bir institut kimi kimə və nəyə xidmət edir və onun fəaliyyətinin əhəmiyyəti nədən ibarətdir?".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər