Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov sabah Gürcüstana rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
XİN başçısı səfər çərçivəsində Gürcüstan prezident Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, parlament sədrinin müavini Kaxaber Kuçava və deputatlarla görüşəcək.
C.Bayramov Tbilisidə Heydər Əliyev adına Parkda Azərbaycanın ümummilli liderinin büstünü və Qəhrəmanlar meydanında ucaldılmış abidəni də ziyarət edəcək.