“Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə əlaqələr sürətlə inkişaf edir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri başçısı Ceyhun Bayramov deyib.
O, Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri və investoru olduğunu bildirib: "Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən enerji layihələri hər iki dövlət və xalqın rifahına xidmət etməklə yanaşı, Avropanın enerji təminatında da mühüm rol oynayır"./report