25 Sentyabr 2020 11:12
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus müxalifətinin Koordinasiya Şurasının (MK) üzvü Sergey Dılevski Rusiya Prezidenti Vladimir Putin haqda danışıb.

Teleqraf.com xəbər verir ki, belaruslu müxalifətçi Putini “çox güclü lider” adlandırıb.

“Bütün dünyanı nəzarətdə saxlamaq, dünya siyasətində, iqtisadiyyatında böyük bir ağırlığa sahib olmaq və bu qədər nəhəng bir ölkəni idarə etmək onun dəmir kimi möhkəm bir adam olması deməkdir”, - Dılevski qeyd edib.

O, eyni zamanda, Rusiya liderinə suallarının olduğunu, məsələn “Niyə Moskvanın Rusiyanın qalan hissəsi kimi yaşamadığını” söyləyib.

Dılevski Putin haqda yaxşı və ya pis şeylər düşünmədiyini, sadəcə olaraq ona bir siyasətçi olaraq hörmət etdiyini dilə gətirib.

Dılevski Rusiyanın öz qonşusunun – Ukraynanın ərazilərinin bir hissəsini işğal altında saxlamasının Belarus cəmiyyətində Moskvaya qarşı birmənalı fikir yaratmadığını deyib.

Putin sentyabrın 14-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Moskvanın Minskə vəd edilmiş 1.5 milyard dollarlıq kredit verəcəyini bildirib. Bundan əlavə, Kreml qonşu dövlətin başçısını qanuni olaraq tanıyıb.

Belarusda keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya krediti Belarus xalqı deyil, Lukaşenko ödəməli olduğunu söyləyib. O, etirazların dağılmasını Rusiyanın maliyyələşdirdiyini açıqlayıb. Daha sonra Lukaşenkonun mövqeyindəki ziddiyyətlərə diqqət çəkərək, Rusiya liderini “müdrik siyasətçi” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər