29 Sentyabr 2020 22:23
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnşallah Allahın köməkliyi ilə biz bayrağımızı Şuşada dalğalandıracayıq. Amma bu mahirəbədir. Müharibənin öz qaydaları var. Bu uşaq oyunu deyil ki. Eyni zamanda az qala 250 ildiur bu bu bədman millət bizimlə düşmənçilik edir. Türkmənçay müqaviləsindən sonra Azərbaycan ərazilərinə köçürülən ermənilər soradan öz mənfur siyasətlərini həyata keçirməyə başladılar. Əsrin əvvəllərində də ermənilər tarixi Azərbaycan ərazilərində özlərində dvlət yaratmaq şansı əldə etdilər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev bildirib.

Professorun sözlərinə görə, o vaxt Qarabağda, Ağdərə rayonunda ermənilərin bu ərazilərə gəlişini bildirən bir abidə qoyulmuşdu: “Həmin abidədə ermənilərin bu ərazilərə gəlişi konkret yazılmışdı. Amma sonradan ermənilər bu ərazilərin əsl sahibi kimi davranmağa başadılar. Mənfur qonşularımızın sonrakı işğal siyasəti daha açıq şəkil almağa başladı. 1990-cı illərin əvvələrində Azərbaycandakı mövcud vəziyyətdən istifadə edərək torpaqlarımızın 20 faizini işğal etməyə nail oldular”.

Şura sədri bildirib ki, Ermənilərin son təxribatları da onların işğalçılıq niyyətinin bariz göstəricisidir: “Azərbaycan ərazilərinin erməni silahlılarından azad edilməsi üçün BMT təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur. ATƏT, Avropa Şurası, ATƏT Minks qrupunun fəaliyyətsizliyi nəticəsində hələ də torpaqlarımız işaldadır. Ona görə də, bu gün Azərbaycanın apardığı mübarizə haqlı mübarizədir. Bizim torpaqlarımız əsirlikdədir. Milli mədəni abidələrimiz, məscidlərimiz düşmən tapdağındadır”.

Millət vəkili vurğulayıb ki, BMT-dəki çıxışında cənab Prezident Ermənistanın yenidən müharibəyə başlaması və bu məqsədlə ardıcıl təxribatlar törətdiyini dünya liderlərinin diqqətinə çatdırıb: “Çünki Ermənistan öz çirkin niyyətlərinə xidmət etmək üçün Livandan, Suriyadan oolan insanları işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz məskunlaşmasını həyata keçirib.”

Eldar Quliyevin sözlərinə görə, hər bir azərbaycanlı bu gün cənab Ali Baş Komandana öz dəstəyini ifadə edir: “Qarabağın alınması uğrunda başladılmış müqəddəs missiyaya hər birimiz dəstək olmalıyıq”.

Ağsaqqal deputat vuğulayıb ki, Ermənilərin dinc insanları hədəf alması isə onların tamam başqa məqsədlərindən xəbər verir.

Qeyd edib ki, düşmən insanlar arasında qorxu, panika yaratmaq üçün belə iyrənc və heç bir hüquqa sığmayan hərəkətlərə yol verir: “Amma ermənilər bilməlidir ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bizim şanlı Ordumuz öz üzərinə düşən missiyanı Ali Baş Komandanın rəhbərliyi ilə uğurla yerinə yetirəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər